Muəllif:

Medvedev SSRİ-nin bərpası haqda söz-söhbətləri sayıqlama adlandırdı

Rusiyanın baş naziri Dmitri Medvedev ölkəsinin SSRİ-ni bərpa etməyə çalışdığı haqda söz-söhbəti sayıqlama adlandırdı. “RİA Novosti”yə istinadən, D. Medvedev Davos İqtisadi Forumunda çıxışında bildirib ki, keçmişə yol yoxdur: “Biz tez-tez eşidirik ki, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan SSRİ-nin bərpası deməkdir. Bu, sayıqlamadır. Ətrafa boylanın, özünüzə və bizə baxın – biz hamımız başqa insanlar olmuşuq və gələcəyə baxırıq. Bizim qarşılıqlı faydalı əsasda inteqrasiyanı möhkəmləndirmək üçün dəqiq planımız var. Biz Avropa Birliyinin həm müsbət, həm də mənfi təcrübəsindən yararlanaraq bu planı həyata keçirəcəyik”.
Medvedev qeyd edib ki, bu yolda çətinliklər az deyil, lakin bunun faydası daha çox olacaq: “Elə buna görə biz Avropa Birliyinə daha sıx, hətta maksimum sıx əməkdaşlığa keçməyi, vizasız rejim tətbiq etməyi və nəhayət, ümumi iqtisadi məkan formalaşdırmağı təklif edirik”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204