Muəllif:

Mediapark – alternativ qəzet satışı şəbəkəsi olacaq

Mediapark – alternativ qəzet satışı şəbəkəsi olacaq. Bu məqsədlə bu gün Beynəlxalq Media Mərkəzində mediapark.az saytının təqdimatı keçirilib. Yeni sayt qəzet və jurnalların onlayn satışı ilə məşğul olacaq. “Ayna” və “Zerkalo” qəzetlərinin redaktoru Elçin Şıxlı təqdimat mərasimini açarkən bildirib ki, tədbirin məqsədi qəzet və jurnal satışının təşkilidir. Bu zaman yeni servis daha ucuz olacaq. Belə ki, köşklərdə qəzetlər 40 qəpiyə satılırsa, onlayn formatda qiymət 19 qəpik olacaq, deyə Şıxlı qeyd edib.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qəzetlərin onlayn satışı yeni yaradılan “mediapark.az” saytının üstünlükləri və əhəmiyyəti barədə məlumat verib.
O bildirdi ki, yeni sistemin tətbiqi sayəsində qəzet oxucuları çox asanlıqla istədikləri nəşri internet üzərindən nisbətən ucuz alaraq öz kompeterlərinə yükləyə yaxud da saytdan onlayn olaraq oxuya biləcəklər. Saytdan qəzet yaxud da jurnal almaq üçün hesab kartının olması vacibdir. Belə ki, bütün ödənişlər AzeriCard vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, tədbirin təşilatçlıları “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, “Altun-kitab” nəşriyyatı və ERA-C şirkətidir.
Qeyd edək ki, hazırda qəzet satışı sistemi bağlanmaq üzrə olan “Qasid” dövlət şirkəti ilə məhdudlaşır. Bundan başqa, qəzetlər özləri küçə satışı təşkil edir. Daha bir ciddi problem satılmış qəzetlərin pulunun toplanmasıdır. Belə ki, “Qasid” aylarla qəzetlərə satılmış nəşrlərin pulunu ödəmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 245