Muəllif:

Medianın uşaqlara vurduğu travma yeni qanuna ehtiyac yaradıb

Bir neçə gün əvvəl sosial şəbəkələrdə azyaşlı körpənin vəhşicəsinə döyülməsini əks etdirən fotolar yayılmışdı. Körpənin atalığı tərəfindən döyüldüyü iddia edilirdi. Ölkə gündəmində maraqla izlənilən, sosial mediada və televiziyalarda haqqında məlumatlar verilən bu hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Baxımsız və hüquq pozuntusu törədən uşaqların sosial reabilitasiyası və sosial-hüquqi xidmət Mərkəzi”nin direktoru Kəmalə Aşumova AYNA qəzetinə məlumat verdi.
Öyrəndik ki, “Ümidli Gələcək” Gənclər Təşkilatının hüquqşunas, sosial işçi və psixoloqdan ibarət işçi qrupu Mingəçevir DİN polis idarəsinin əməkdaşları ilə birgə döyülən uşağın ailəsinə səfər etmişlər. Nənə və babanın himayəsində olan, 3 bacısı ilə birlikdə yaşayan uşağın ailəsinə səfər zamanı onların sosial durumunun və yaşadıqları evin sanitar-gigiyenik baxımdan olduqca aşağı olması müşahidə edilib. Araşdırmalardan bəlli olub ki, döyülmə faktı 11 ay əvvəl baş verib. Təşkilatın işçi qrupu uşağın sosial-psixoloji, hüquqi problemlərinin həlli istiqamətində işlərə başlamışlar.
Telekanalların birində bu hadisə ilə bağlı silsilə verilişlər (hansı bu verilişlər sadəcə reklam və şou xarakteri daşıyır) yayımlanıb. Məsələ bu və bu qəbildən olan hadisələrin yayımlanması deyil, hansı məqsədlə və necə yayımlanmasından gedir. Uşaq və onun üzləşdiyi situasiya reklam xarakteri daşımamalı, əksinə onun və yaşadığı birgə ailə üzvlərinin durumlarının yaxşılaşdırılması istiqamətinə yönəlməli idi.
“Telekanallar uşaq faciəsindən reklam düzəldirlər” vurğulayan xanım Aşumova bildirdi ki, qanunvericiliyə əsasən, zorakılığa məruz qalan uşağın yaşadığı rayonun, uşağın adının, soyadının açıqlanması qanunsuzdur. Onun məxfiliyi qorunmalıdır. Uşağın şəxsi məlumatlarının mətbuat üçün açıqlanması, ictimailəşməsi, uşağın üzünün göstərilməsi qanunsuzdur! Hətta valideyn razılıq verərsə belə bu informasiyanın ictimailəşməsinə, mətbuatda nəşrinə icazə verilməməlidir. Çünki valideynin maarifli olmaması faktı nəzərə alınmalıdır.
Uşağın adının, soyadının, yaşadığı ərazinin açıqlanması onun sonrakı həyatına mənfi təsir göstərir:”Uşaq ikincili zədə almamalıdır. Psixoloji sarsıntılar, fiziki zorakılığa məruz qalması onun üçün artıq travmadır. Çoxsaylı faktlar, reallıq onu göstərir ki, uşaqların ikincili zədə alması, onların adının mətbuatda açıqlanması onların cəmiyyətə adaptasiyasına mane olur. Mingəçevir və ya bu müddət ərzindəə Gəncə, Zərdab, Ucar, Ağdaş rayonlarında baş verənlərdən sonra mətbuat bu faktı deyil, bir fərdi deyil, uşaqlara qarşı zorakılığın yolverilməzliyini müzakirə etməli idi.
Bundan başqa, Mingəçevir şəhər İH-Nin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının diqqəti ailəyə cəlb edilib, rayon polis idarəsinə ailəni nəzarətdə saxlamaqla bağlı müraciət edilib.
“Təəssüflər olsun ki, artıq dəfələlər bunun əksinin şahidi oluruq, hətta zorakılığa məruz qalmış uşaqların müsahibələri yayımlanır. Biz bu məsələni Ombudsman aparatında müzakirə etmişik. Milli və Televiziya və Radio Şurasına, Mətbuat Şurasına məktublar göndərmişik. Ancaq görülən tədbirlərlə bağlı bu iki qurumdan cavab almamışıq. Uşaq talelərinin telekanallarımızda bu formada işıqlandırılması onu göstərir ki, müvafiq orqanlar baş verən məsələlərlə bağlı dərhal operativ şəkildə araşdırma aparmıyıb, bu barədə məlumatlı olmadığından tədbir görülməyibdir.
Hətta “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə prezidentin 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Komissiyaların işinin təkminləşdirilməsinə dair təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsinə baxmayaraq bu günə qədər Komissiyaların fəaliyyətinin təkminləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və uyğun işçi heyətinin formalaşması prosesində əsaslı dəyişiklik mövcud deyil. Lakin bu qəbildən olan hadisələr əsaslı dəyişikliklərin olmasını zəruri edir.
Qeyd edək ki, Uşaq Hüquqları üzrə QHT Alyansı, onun katibliyini həyata keçirən “Ümidli Gələcək” Gənclər Təşkilatı və onun xidmət mərkəzlərində uşaqlara və onların ailələrinə çoxsaylı hüquqi, psixoloji, sosial xidmətlər göstərilir. Təşkilat uşaqların işlərini həll etməklə, hüquqlarını müdafiəsini etməklə yanaşı rəsmi qurumlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına, yerlərdə icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən komissiyalara, polis orqanlarına hesabat və məlumat yönləndirir və indiyə qədər fərdi olaraq hansısa uşağın işinin mətbuatda müzakirəsinə yol verməyib.
Aşumova hesab edir ki, zorakılığa məruz qalmış uşağın məxfiliyini pozan, ümumiyyətlə uşağa qarşı qanun pozuntusu edənlərə, xüsusilə də KİV və media əməkdaşların qarşı cərimələr təyin edilməlidir, onlar məsuliyyətə cəlb olunmalıdır. Düzdür, Azərbaycanın da ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyası uşaqların məxfiliyini qorumağı tövsiyə edir. Amma deyəsən, ayrıca qanuna ehtiyac var. Uşaq hüquqlarının kobudcasına pozulması Azərbaycanda bununla bağlı qanun qəbul edilməsinin vacibliyi zərurətinin ortaya çıxarır.
Sonda onu da bildirek ki, 9 apreldə 2013 –cü il tarixində qonşu ölkə Rusiyada bu məzmunda qanun artıq qüvvəyə minib. (http://riavrn.ru/news/smi-budut-shtrafovat-za-publikatsiyu-dannykh-o-detyakh-podvergshikhsya-nasiliyu/)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 337