Muəllif:

Media mənsublarımız prezidentlə həyətdə şəkil çəkdirdilər

Mətbuat mənsublarımızın Quzey Kiprdə önəmli görüşləri olub. Bu görüşlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ardıcıl olaraq jurnalistlərin beynəlxalq təcrübəni öyrənməsi sahəsində layihəsi çərçivəsində baş tutmuşdur. Quzey Kipr Türk Cümhuriyyətinə gedən media heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televizya ve Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, «Ayna» və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Azadlıq” qəzetinin məsul katibi Elşən Şirinov, “Dialoq Avrasya” jurnalının Azərbaycan üzrə kordinatoru Mustafa Saatcı daxildir.

Heyətin ilk görüşü Quzey Kipr Türk Cümhuriyyətinin Baş naziri cənab İrsen Küçüklə olub. Görüşdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda mətbuatın inkişafına dövlətin dəstəyi məqsədilə yaradılıb. Azərbaycan media təmsilçilərinin beynəlxalq təcrübəni öyrənməsi də bu sahədə atılan addımlardan biridir. Baş nazir İrsen Küçük Azərbaycandan belə bir heyətin gəlməsindən məmnunluğunu bildirib və bu kimi görüşlərin qarşılıqlı əlaqələrin daha da güclənməsinə xidmət etdiyini söyləyib. Növbəti görüş Quzey Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Derviş Eroğlu ilə olub. Derviş Eroğlu bildirib ki, qardaş xalqlar arasında səfərlərin çoxalması onların bir-birini tanımasına, təcrübələrini bölüşməsinə imkan yaradır. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanla QKTC arasında turizm və təshil sahəsində əlaqələrin daha da gücləndiyini qeyd edib: “Ümidvarıq ki, bu kimi görüşlər əlaqələrimizi daha da gücləndirəcək”. Qeyd edək ki, səfər çərçivəsində QKTC xarici işlər naziri cənab Hüseyn Özgürgün ilə də görüş keçirilib. Heyətin keçirdiyi bütün görüşlərdə qarşı tərəfə xatirə hədiyələri təqdim edilib. Səfər davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236