Mədət Quliyev: Nə qiyam? Nə narazılıq? Bunu kim uydurub?
Heç bir müəssisədə qiyam, narazılıq baş verməyib. Hansısa həbsxanada qiyam olması barədə yazılanlar tamamilə yalandır. Mən bilmirəm bu məlumatları kim uydurur? Penitensiar Xidmətin rəisi Mədət Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib (APA).
“Sizi əmin edə bilərəm ki, bu gün müəssisələrdə cəza çəkən məhkumlar hər birisi özlərinə qarşı dövlətin qayğısını hiss edirlər. Təəssüflər olsun ki, bəzi qüvvələr yalan məlumatlar yaymaqla dövlətin gördüyü müsbət işlərə kölgə salmağa çalışırlar. Onların bu niyyəti ürəklərində qalacaq”.
Bu gün Penitensiar Xidmətin Binədəki 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların qiyam qaldırmaları barədə məlumat yayılıb. Qiyama səbəb kimi isə məhbuslara keyfiyyətsiz yemək verilməsi göstərilib. Eynilə «Potyomkin zirehlisində üsyan» filmində
olduğu kimi — borşdan qurd çıxıb?..