Muəllif:

Məbləğdən asılı olaraq on, beş və bir iş günü ərzində pasport almaq mümkündür

Dünəndən bəri vətəndaşlara biometrik pasportların verilməsinə başlanılıb. Azərbaycan vətəndaşının ilk biometrik pasportu prezident İlham Əliyevə təqdim edilib.
Biometrik pasportların verilməsinə prezident İ.Əliyevin 2007-ci il fevralın 13-də imzaladığı “Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 17 iyul fərmanına əsasən başlanılıb. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb.
Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163