Muəllif: Redaksiya
Mebel materialları maşını aşırdı
Hadisə paytaxtın Heydər Əliyev prospektində baş verib. 90 CZ 494 dövlət nömrə nişanlı «Mercedes» markalı yük maşının aşmasına səbəb daşıdığı mebellər olub. Yük maşının sürücüsü Fərhad Cəbiyevin sözlərinə görə, yüklü mebel materialları yerini dəyişib. «Mercedes»ın bir tərəfində ağırlıq çox olub, bu da, sərt döngədə maşının aşmasına səbəb olub.
Aşan yük maşınındakı mebel materialları başqa maşına yüklənib. Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşınına ciddi ziyan dəyib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 206

