Muəllif:

MDİ: uydurmalar və məkrli məlumatlar yayırlar

Milli Demokratiya İnstitutu Azərbaycandakı fəaliyyəti ilə bağlı bəyanat yayıb. Deyilir ki, “Azərbaycan mətbuatında Milli Demokratiya İnstitutun fəaliyyəti və məqsədləri barədə uydurulmuş və məkrli məlumatlar yayılmaqda davam edir. Bu məlumatlar əsassızdır”. Milli Demokratiya İnstitutunun prezidenti Kennet Uollakın (Kenneth Wollack) yaydığı bəyanatda vurğulanır ki, yalan məlumatların dəfələrlə yayılması, onları sonradan doğruya çevirmir.

Bəyanatda deyilir ki, MDİ yerli tərəfdaşları ilə birgə yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatları, gənc gələcək liderləri, digər vətəndaşları arasında cəmiyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə konstruktiv əməkdaşlıq yaratmağa köməklik göstərir: “Onlar infrastrukturun yaxşılaşdırması üçün dialoqu təmin edir, vətəndaşlar üçün siniflər, kitab klubları yaradır, ətraf mühitin qorunması üçün layihələr həyata keçirirlər. MDİ ATƏT-in prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarının seçkilərin monitorinqini aparmaq səylərini dəstəkləyir. MDİ bu tədbirlərin keçirilməsində şəffaflıq prinsipinə riayət edib. Azərbaycan Gənclər və İdman Nazirliyi MDİ proqramlarında iştirak etmək üçün bir çox gənclərin namizədliyini irəli sürüb. MDİ-nin Azərbaycandakı nümayəndəliyinin və əməkdaşlarının aldığı vəsaitlər yalnız və yalnız bu məqsədlər üçün xərclənib”.

Bəyanatda bildirilir ki, Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Bu qeydiyyat şərtlərinə uyğun olaraq MDİ qanunun tələblərinə uyğun olaraq bütün maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edib. MDİ fəaliyyətini tam şəkildə yerli qanunvericiliyə, o cümlədən maliyyə məlumatlarının açıqlanması barədə qanunvericiliyin tələblərin uyğun qurur”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125