Muəllif:

MB kommersiya banklarına ciddi resurslar təqdim etməlidir

Mərkəzi Bankın məlumatına görə, 2011-ci ildə ölkədə 9,8 milyard manat məbləğində kredit verilib. Bu həm yerli, həm də xarici valyutada olan kreditlərdir. Ümumi kreditlər üzrə orta faiz dərəcələri isə 14-17 faiz təşkil edir. Bu isə kifayət qədər yüksək göstəricidir.
Ölkədə fəaliyyət göstərən müvəkkil kredit təşkilatları kredit resurslarına malik olsalar da, hər kəs bu vəsaitlərdən istifadə edə bilmir. Belə ki, maliyyə böhranına baxmayaraq inkişaf etmiş ölkələrdə bu 5-8 faiz arasında dəyişir. Ölkədə real faiz dərəcələri daha da yüksəkdir.
Buna səbəb faiz dərəcələrinin yüksək olmasıdır. Bankların təklif etdiyi kreditlərin faiz dərəcələri isə 25, bəzən isə 30 faiz təşkil edir.
İqtisadçı-ekspert Azər Mehdiyevin sözlərinə görə, faiz dərəcələrinin yüksək olmasının bir neçə səbəbi var:
«Bu gün MB kommersiya banklarına ciddi bir şəkildə kredit resursları təqdim etmir. Əgər MB kommersiya banklarına ucuz kredit resursları təqdim edərsə, o da təbii ki, müştərilərə ucuz kredit verə bilər. Ona görə kommersiya bankları məcburdurlar ki, özləri resurs toplasınlar».
Banklar isə vəsaiti ya nizamnamə kapitalı, ya da müştərilərin əmanətləri hesabına toplayırlar. Belə ki, ölkədə əmanətlərin faiz dərəcələri 9-10 faiz təşkil edir. Bunun üstünə inflyasiya dərəcələri də əlavə olunanda faiz dərəcələri kifayət qədər yüksək olur. Bu səbəbdən də banklar müştərilərə yüksək faizli kreditlər təklif edirlər. Bu problemi aradan qaldırmaq üçün ekspert Mərkəzi Bank tərəfindən banklara daha çox kredit resursunun verilməsini, eləcə də, bankların öz kapitallaşmasını gücləndirməsini vacib sayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142