Muəllif: Redaksiya
Mayor başından yaralanıb
Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində daha bir Azərbaycan hərbçisinin yaralanıb. Mayor Əsgərov Ceyhun Malik oğlu başından yara alıb. MN mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu yaralı zabitin vəziyyətinin normal olduğunu bildirmişdir.
Martın 26-da Gədəbəy istiqamətində atışmalar nəticəsində erməni tərəfdən 2 hərbçinin öldürüldüyü barədə qarşı tərəfin təsdiqləmədiyi xəbərlər var. Bir gün əvvəl burada hərbi qulluqçu Mehman Sadıqovun düşmən gülləsinə tuş gələrək şəhid olduğu bildirilmişdi.
Atışma nəticəsində əsgər, 19 yaşlı Fariz Abdullayev də yaralanıb. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 149