Mayın 1-dən qeydiyyatsız mobil telefonlar işləməyəcək
Artıq xəbər verildiyi kimi, mayın 1-dən qeydiyyatsız mobil telefonlar işləməyəcək. Başqa sözlə, mayın 1-nə qədər IMEI kodların məlumat bazasında qeydiyyatdan keçməyən mobil telefonlardan istifadə mümkün olmayacaq. Bununnla da ölkəyə mobil telefon qaçaqmalçılığı mənasız bir işə çevrilir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov «Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu»nda çıxışı zamanı deyib ki, bu tarixdən sonra ölkəyə gətirilən mobil qurğular icbari şəkildə qeydiyyatdan keçməli olacaqlar.
Xidmətin işə salınmasından sonra həm ölkə daxilində, həm də xaricdə oğurlanan telefonlar və IMEI kodlar vasitəsi ilə «klonlaşdırılan» mobil qurğuların daxil olduğu «qara siyahı» da fəaliyyət göstərəcək. Müvafiq olaraq onların mobil şəbəkələrdə işləməsi mümkün olmayacaq.
Nazir müavini bildirib ki, mobil şəbəkələrə yeni qoşulan telefonların daxil olduğu «boz siyahı» da fəaliyyət göstərəcək ki, onların sahibləri 30 gün ərzində öz mobil cihazlarını qeydiyyatdan keçirməli olacaqlar.