Muəllif: Redaksiya
Mayda 100, ilin sonunadək 1000 avtobus kartla işləyəcək
Mayın sonunadək 100, ilin sonunadək 1000-ə yaxın avtobus vahid kart sistemi ilə işləyəcək. Nəqliyyat naziri Ziya Məmmədov deyib ki, bu məsələ prezident İlham Əliyevin tapşırığıdır.
APA-nın xəbərinə görə, Ziya Məmmədov qeyd edib ki, prezidentin tapşırığı ilə kart sistemi yalnız avtobuslarda deyil, metro sistemində də həyata keçiriləcək: “Türkiyənin müvafiq şirkətləri ilə bu istiqamətdə birgə işlər görülür. Mayın sonundan ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində onların sayını 1000-ə çatdırmaq nəzərdə tutulub. Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tam başa çatdırılaraq vətəndaşların istifadəsinə veriləcək”.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 175