Maya Pancikidze: Gürcüstnın AB yönündə mövqeyi qətidir
Gürcüstan XİN rəhbəri öz ölkəsinin Aİ ilə mütləq saziş imzalayacağını bildirir
Gürcüstan XİN rəhbəri Maya Pancikidze əmindir ki, Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitində AB ilə assosiasiya haqqında sazişin paraflanmasına heç nə əngəl olmayacaq və 2014-cü ildə sənəd imzalanacaq.
Noyabrın 28-29-da Vilnüsdə keçiriləcək sammit zamanı Gürcüstanla AB arasında assosiasiya haqqında saziş paraflanacaq.
“Bizim nümayəndə heyəti Vilnüsə yola düşəcək və paraflanmaya heç nə əngəl ola bilməz”, — o, “Rustavi-2” teleşirkətinin efirində bildirib. O əlavə edib ki, sazişin yekun imzalanması bir sıra texniki məsələlərin həllini tələb edir.
“Mən tam əminəm ki, nə olursa olsun, biz 2014-cü ilin sentyabrında mütləq sazişi imzalayacağıq”, — Pancikidze vurğulayıb.
“Şərq tərəfdaşlığı” layihəsi postsovet məkanının 6 dövlətinin – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun AB ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur.
Sammit LITEXPO sərgi zalında keçiriləcək. AB ilə assosiasiya haqqında sazişin paraflanması noyabrın 29-da Litva Xarici İşlər Nazirliyində olacaq. Paraflanmadan sonra 2014-cü ilin sentyabrında sənədin imzalanması planlaşdırılır (Turan-BSPRESS).