Muəllif: Redaksiya
Masallı polis idarəsinə «bomba qoyan» yaxalandı
Masallı Polis Şöbəsinə bomba qoyulması barədə daxil olan məlumat yoxlanılıb.
DİN saytına istinadən, fevralın 17-də saat 16.00 radələrində FHN «112» xidmətinə zəng etmiş naməlum şəxs «Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar» deyərək telefonu qapayıb.
Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb. Araşdırmalar zamanı zəng edən şəxsin rayonun Qızılavar kənd sakini Rəşadət Əzizov olduğu müəyyən edilib və o, saxlanılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 182