Marqvelaşvili: Avropa Birliyinə inteqrasiya Rusiyanın maraqlarına qarşı yönəlməyib
Gürcüstan Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İTAR-TASSa istinadən, bunu Rustavi-2 telekanalına müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.
Deyib: “İki ölkə arasında ticarət dövriyyəsinin artmasının Rusiya tərəfindən gələcəkdə Gürcüstana təzyiq aləti kimi istifadə ediləcəyi barədə söhbətlər, Rusiya ilə əməkdaşlığın genişləndirilməməsinə əsas olmalı deyil. Qoy heç kim narahat olmasın ki, Rusiya ilə ticarət dövriyyəsinin artması elə həddə çata bilər ki, gələcəkdə onun azalması Gürcüstanda vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, deyə Gürcüstan prezidenti qeyd edib.
Gürcüstan prezidenti vurğulayıb ki, Gürcüstanın Avropa Birliyinə inteqrasiyası “Rusiyanın maraqlarına qarşı yönəlməyib”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Georgi Maqrvelaşvili “Rustavi-2” telekanalına müsahibəsində bəyan edib ki, “Gürcüstanın AB-yə inteqrasiyasını Avropa və Rusiyanın yarışması kimi qəbul etmək lazımdır”.
Onun sözlərinə görə, “AB-yə inteqrasiya — əhalinin böyük hissəsinin və ictimai-siyasi spektrinin seçimidir”. Bununla belə, Maqrvelaşvili qeyd edib ki, “Gürcüstan Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır və bu mürəkkəb məqsədə nail olmaq üçün Rusiya ilə dialoqu davam edəcək”.