Muəllif:

Marina İzoriya: Ermənistan öz xarici siyasət prioritetlərinə yenidən baxmalıdır”

Qarabağ məsələsi müasir beynəlxalq münasibətlərdə ən çətin və aktual problemlərdən biridir. Bu strateji və vacib regionda bir çox ölkələrin və xalqların maraqları kəsişir. Bu mülahizəni APA-ya Tbilisidə Gürcüstan Humanitar-İqtisadiyyat Kollecinin dekanı Marina İzoriya deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan arasında olan “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda mövcud olan “nə müharibə, nə sülh” vəziyyəti uzun müddət davam edə bilməz. İzoriya deyir:
“Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan problemlər bölgənin Avropa Birliyi və ABŞ-la iqtisadi-ticarət əməkdaşlığının inkişafını çətinləşdirir. Ermənistan öz xarici siyasət prioritetlərinə yenidən baxmalıdır. Ən əsası isə, işğal etdiyi torpaqları Azərbaycana geri qaytarmalıdır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 325