“Mardan Palace”ın baş direktoru heyrətə düşüb
Mardan Palace kimi hotelçiliklə məşğul olan şirkətlərin heç bir siyasi mənsubiyyəti və məqsədləri olmur. Bizim məqsədimiz insanların xəyal etdikləri tətilləri gerçəkləşdirmək, bunu icra edərkən də din, dil, irq və siyasi düşüncələr olmadan, dünya qardaşlığını əsas tutaraq hərəkət etməkdir. Mardan Palace hotelinin baş direktoru Cumhur Özen dünyanın bu elementar biznes tərbiyəsini kimlərəsə bir də xatırlatmalı olub.
Cumhur Özen rəhbərlik etdiyi hotellə bağlı dünya mediasında çıxan xəbərləri izləyən zaman Azərbaycanda son günlər bəzi internet səhifələrində, Mardan Palace və sahibi ilə əlaqədar bəzi yazılar yazıldığını görüb və təbii ki, heyrətlənib:
“Bunu qeyd etmək istəyirəm ki, hotelçilikdə heç bir qonağın hoteldə qonaq olması haqqında məlumat mediaya verilmir, lakin bu, əsassız şayiələrlə bağlı bir açıqlama ehtiyacı duydum. Dəyərli media nümayəndələri, internet səhifələrində yazılmış tarixlərdə hotelimizdə hər hansı bir səbəblə Azərbaycandan heç bir qonaq olmayıb və heç bir toplantı ya da görüş keçirilməyib. Ayrıca, Antalyaya birbaşa təyyarə uçuşlarının mayın 19-dan etibarən başlayacağına diqqətinizi çəkmək istəyərdim. Mövzu ilə bağlı olaraq, media və ictimaiyyətin doğru məlumatlandırılması, çıxan xəbərlərlə əlaqədar Mardan Palase Hoteli və sahibinin əsassız xəbərlərlə bir əlaqəsinin olmadığını qeyd etməklə bu cür şayiələrə inanmamağı rica edirəm” (APA).
Son vaxtlar Azərbaycandan hansısa siyasətçi Türkiyəyə gedəndə o saat bu otelin adının hallandığını görürük. Cənab Özen də bir iş adamı olaraq yəqin bu anlaşılmaz marağa heyrətlənib və dillənməli olub..