Muəllif:

«Maqnit adam» Ginnesin Rekordlar Kitabına düşdü

Gürcüstanın Borçalı rayonunda yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbli Etibar Elçiyev Budaqlı Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına düşüb. Kitabda qeyd olunub ki, Etibar Elçiyev Budaqlı 5-ci reytinq yerini tutub və 5-ci rekordçu kimi ilk azərbaycanlı olaraq Rekordlar Kitabında yer alıb.

«Maqnit adam» Gürcüstanda «İlin rekordçusu» elan edilib, İtaliya, Almaniya və Pekində dünya rekordu qazanaraq sertifikat və medallara təltif edilib.
E.Elçiyev APA-ya açıqlamasında indiyədək 4 dəfə dünya rekordu əldə etdiyini və tam gücü ilə 5-ci dəfə rekordçu olmaq üçün ciddi hazırlaşdığını bildirib: «Mən daha bir yarışa ciddi hazırlaşıram. Bu dəfə bədənimlə 150 kq-a qədər çəki qaldırmaq fikrindəyəm».

Ənənəyə görə, Ginnesin Rekordlar Kitabı bir il əvvəl hazırlanır və il başlanan kimi təqdimatı keçirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181