Muəllif:

Malta ilə oyun: altıncı böyük hesablı qələbə

Azərbaycan millisi tarixində 6-cı dəfə böyük hesabla qalib gəlib. Dünənki yoldaşlıq görüşündə maltalıların qapısından 3 cavabsız top keçirən komandamız 1 dəfə 4, 5 dəfə 3 top fərqi ilə qələbə qazanıb. Yığmamız bu darmadağınlarda quru hesablı qələbəyə sevinib.

İlk rəsmi matçını 1992-ci ildə keçirən seçməmizin 21 illik tarixinə təsadüf edən 6 böyük hesablı qələbədən dördü Bakıda, ikisi neytral meydanlarda əldə olunub.

Komandamız son 3 darmadağınını ilyarım ərzində gerçəkləşdirib. Bu da almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırıcılıq dövrünə düşür.

Apasport.az saytının məlumatına görə, millimiz 3-cü dəfə Avropa təmsilçisini aşkar üstələyib. Digər 3 qarşılaşmada isə asiyalılar məğlub edilib.

Azərbaycan milli komandasının böyük hesablı qələbələri

27.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Farer adaları – 3:0
22.03.1997. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Türkmənistan – 3:0
05.06.1999. Bakı. Avro-2000 seçmə oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0
27.02.2012. Dubay. Yoldaşlıq oyunu. Azərbaycan – Hindistan – 3:0
15.08.2012. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Bəhreyn – 3:0
14.08.2013. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Malta – 3:0

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 276