Muəllif:

Maliyyə naziri əhalini aldatmaqda suçlandı

Milli Məclisin bu günkü iclasında müxalifət partiyalarından olan deputatlar bir sıra malların və xidmətlərin qiymətlərinin artmasına etiraz ifadə edibər.
Böyük Quruluş partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, parlamentin ötən iclasında çıxış edən maliyyə nazirinin qiymtələrin artmayacağı haqda bəyanatını xatırldıb və bununlka da əhalini aldatdığını vurğulayıb. “Vətəndaşlari gözlənilən dəyişkliklərə hazırlamaq lazımdır, daha bütün məsuliyyəti Tarif Şurasının üzərinə qoymaqla küncdən gözlənilməz qərarla vurmaq yox” deyə deputat hökuməyi qınayıb.
Təqribən belə bir mövqeyi deputatlar Sabir Rüstəmxanlı, Qüdrət Həsənquıliyev və Fərəc Quliyev də ifadə edib. Onların fikrincə, yanacağın qiymətinin kəskin qalxması kənd təsərrüfatının güzəştli kreditləşməsi və kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalması ilə bağlı hökumətin planlarının üstündən xətt çəkir. Bütün istehlak mallarının qiymətlərinin qalxacağını deyən deputatlar inflyasiyanın ikirəqəmli oalcağı xəbərdarlığı ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141