Mal-qara oğrularını tutub qandalladılar
Balakəndə mal-qara oğruluğu ilə məşğul olan Balakən və Ağdam rayon sakinləri həbs edilib. Polisin məlumatına görə, Xalatala kənd sakini Qurban Mehdiyev polisə ərizə ilə müraciət edərək, kənd ərazisindəki örüş sahəsindən 1 baş iribuynuzlu malın oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Balakən rayonunun Qullar kəndində yaşayan Alqayev Ələsgər Nəbi oğlu noyabr ayının 14-də günorta saatlarında Xalatala kəndinin ərazisindəki örüş sahəsindən gizli yolla 19 baş iribuynuzlu mal-qaranı oğurlayıb.
Ələsgər Alqayev daha sonra oğurladığı malları rayonun Talalar kəndində yaşayan tanışı Yolçuyev Çingiz Osman oğlunun həyətinə gətirərək orada saxlayıb. Gecə saatlarında Ələsgər Alqayev həmin malları Ağdam rayon sakinləri Həsənov Adıgözəl Əjdər oğlu, Həsənov Nazim Əjdər oğlu və Kazımov Amiq İnqilab oğluna satarkən Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən elə hadisə yerindəcə yaxalanıblar…