Muəllif:

Makuda SEPAH və PEJAK arasında toqquşmada ölənlər var

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” (yarımhərbi könüllülər dəstəsi) qolu ilə PKK terror təşkilatının İran qolu olan PEJAK üzvləri arasında toqquşma baş verib. Hadisə iyunun 19-da baş versə də, xəbər yenicə yayılıb.

Hadisə Qərbi Azərbaycan vilayətinin Maku şəhəri yaxınlığında Buralan bölgəsində, Əli Hacilu kəndinin yaxınlığında olub. Toqquşmada Xoy şəhərindən olan azərbaycanlı “bəsici” Məhəmməd İbrahimi həlak olub, 6 “bəsici” isə yaralanıb. Eyni zamanda toqquşma zamanı PEJAK-ın 4 üzvü ölüb, 4-ü yaralanıb. Azərbaycanlı “bəsici” iyunun 20-də Xoy şəhərində dəfn edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136