Muəllif:

Mais Qurbanova hücumda şübhəli bilinən qadın müəyyən olunub, lakin həbs edilməyib

Noyabrın 12-də Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti, azərbaycanlı Mais Qurbanov yaşadığı evin giriş qapısında odlu silahdan açılan atəşlə qolundan yaralanıb. O, xəstəxanaya yerləşdirilib.Qurbanov çoxlu qan itirib və hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Rusiya mediasının yaydığı videodan aydın olur ki, Qurbanov binanın giriş qapısını açarkən ona arxadan atəş açılıb, atəş açan qadındır. Cinayətkarlar hadisə yerindən qaçıblar.
Rusiya Miqrantlar Federasiyasının vitse-prezidentinə qarşı törədilən qəsdin ictimai fəaliyyəti ilə bağlı olduğu güman edilir. Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Əmin Məcumdərin sözlərinə görə, ictimai fəaliyyəti ilə bağlı Qurbanov dəfələrlə təhdidlərə məruz qalıb. Qurbanov Rusiya millətçilərinin miqrantlara qarşı keçirilən “Rus marşı” aksiyasına qarşı olan ”Miqrantlar marşı”nın fəallarındandır.
Bir müddət sonra polis Rusiya Miqrantlar Federasiyasının nümayəndəsi Mais Qurbanova hücum etməkdə şübhəli bilinən 24 yaşlı qızı saxlayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi çərşənbə günü hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Şübhəli noyabrın 12-də axşam Novokosinsk küçəsi, ev 28 ünvanında saxlanılıb. Agentliyin mənbəsinin sözlərinə görə, qız «göstərilən cinayətin törədilməsində ifşa edilib».
Öz növbəsində, «İnterfaks» Moskvanın hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, M.Qurbanova hücumda şübhəli bilinən şəxs Tambov vilayətinin Morşansk rayonunun sakinidir. Saxlanılanın adı və digər təfərrüatlar barədə hələlik məlumat verilmir.
Rusiya DİN-in Moskva üzrə Baş İdarəsi M.Qurbanova hücum törədənin saxlanılması faktını təsdiqləyib. Saxlanılanın dilindən ehtiyat tədbiri kimi yaşayış yerinin tərk etməmək haqqında iltizam alınıb. Baş İdarənin mətbuat xidmətinin əməkdaşları əlavə ediblər ki, M.Qurbanova hücumla bağlı «dələduzluq» maddəsi üzrə cinayət işi açılıb.
M.Qurbanova hücum bazar ertəsi, noyabrın 12-də yaşadığı Novokosinsk rayonunda baş verib. Binanın girəcəyində onu dörd nəfər, eləcə də ona atəş açan qız gözləyib. Miqrantlar Federasiyasının nümayəndəsi çiynindən yaralanıb, çoxlu qan itirsə də, yaralının həyatı təhlükədə deyil.
Rusiya Miqrantlar Federasiyasının rəhbəri Məhəmməd Əmin Macumder də özünün və M.Qurbanovun bundan əvvəl dəfələrlə «internetdə radikal əhval-ruhiyyəli vətəndaşlar tərəfindən təhdid olunduqlarını» bəyan edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183