Mahmudəli Çehrəqanlı: «Azərbaycanlılar artıq klerikalların rejimindən qorxmurlar»
Güney Azərbaycanın suverenliyi uğrunda hərəkatın liderlərindən biri Mahmudəli Çehrəqanlı yenidən Bakıya gəlməyə hazırlaşır. Son illər o, ABŞ-da siyasi mühacirətdə yaşayır və Bakı onun Azərbaycana əvvəlki səfərlərindən imtina edərək ölkəyə buraxmayıb. Bu qadağa qeyri-rəsmi olaraq Tehranın İranın dağılmasını istəyən “separatçıların” ölkəyə buraxılmaması tələbi ilə izah olunur.
Sonuncu dəfə Çehrəqanlı Bakıda 2006-cı ildə olub. Bundan sonra onun üçün yollar bağlanıb. Təbriz Universitetinin professoru olan M.Çehrəqanlı Turan-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib ki, “öz xalqı ilə danışmaq və regionda yeni çağırışları müzakirə etmək istəyir”.
“Öz narahatlığımı bölüşmək və geri dönmək üçün belə ünsiyyətə ciddi ehtiyac duyuram, — o, Bakıya səfərindən öncə deyib.
“Qardaş və bacılarımla ünsiyyət üçün gəlişimə heç bir qadağa görmürəm”, — o vurğulayıb. Ruhaninin İranın yeni prezidenti seçilməsinə toxunan M.Çehrəqanlı deyib ki, o və ölkənin əvvəlki prezidentləri azərbaycanlı əhaliyə qarşı kəskin siyasət yürütməkdə davam edirlər. Eyni zamanda azərbaycanlılar suverenlik uğrunda mübarizədən əl çəkməməlidir.
“Bu, uzun yoldur. Lakin bizim mübarizəmiz effektlidir və azərbaycanlılar artıq klerikalların rejimindən qorxmurlar”, — M.Çehrəqanlı vurğulayıb. Eyni zamanda o qeyd edib ki, İran azərbaycanlılarının öz hüquqları uğrunda mübarizəsi Bakının və demokratik ictimaiyyətin dəstəyini tələb edir. M. Çehrəqanlı bildirib ki, Bakıya avqustun 15-də saat 21:30-da gələcək.
Xatırladaq ki, M.Çehrəqanlı sonuncu dəfə Bakıya (2010-cu il) Ankaradan təyyarə ilə gəlib. Lakin onu bir sutka saxlayaraq Dubaya göndəriblər. Hakimiyyət onun ölkəyə buraxılmamasının səbəblərini açıqlamayıb. Lakin qeyri-rəsmi məlumatlara görə, bu, İran hakimiyyətinin təzyiqi ilə edilib.
M.Çehrəqanlını 2012-ci ildə Türkiyəyə də buraxmayıblar, o, İstanbul aeroportundan geriyə Vaşinqtona qaytarılıb.

