Muəllif:

Mahmud Rüstəmovun «Əks-səda» adlı fərdi sərgisi açılacaq

Noyabrın 16-dan dekabrın 10-dək YAY Qalereyasında Mahmud Rüstəmovun «Əks-səda» adlı fərdi sərgisi keçiriləcək. Sərginin açılışı şənbə günü — noyabrın 16-da saat 19:00-da olacaq.
Sonradan bütün Avropanın muzey və fərdi kolleksiyalarına daxil olmaq üçün sakit Bakı həyətının kiçik bir emalatxanasında əsərləri yaranan heykəltaraş. Əsəri Sotbis Hərrac Evinin 2013-cü ildə Londonda təşkil etdiyi «Yolayrıcında» (At the Crossroads) sərgisi zamanı zəngin kolleksiyaçı tərəfindən satın alınmış tanınmış ustad-sənətkar.
«012 Bakı İctimai Sənət Festivalı»-nın Qız Qalasının qəfildən yaranma versiyası ilə təsirlənmiş və şəhərin lap mərkəzində başqa planetdən gələn qızıl adam heykəli təsvirini quraşdırmağı risk edən yeganə iştirakçısı…
Bu, məşhur rəssamlar nəslinin davamçısı rəssam Mahmud Rüstəmovdur. «Əks-Səda» sərgisində ekspozisiya məkanı iki müxtəlif mənalı sahələrə bölünüb — tunc sahəsi və mərmər sahəsi.
Heykəltaraşın yaratdıqları aqressiv şəkildə gözəl olan zərif erotizm və özünütənqidlə doludur. Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar. Lakin, kimsə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti çaynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsilə birgə addımlayır — heykəltaraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda, içimizdə belə bir sual meydana gəlir: «Qarşımızda dayanan kimlərdir — bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?»
İkilik və bipolyarlıqla bağlı həmin hissiyyat tuncdan yaradılan əsərlərə nəzər saldıqda da baş qaldırır… Ekspozisiya mərkəzində — Müqəddəs Georginin əli ilə devrilmiş əjdahanın kəlləsi… Qanın laxtalandığı yaradan uzun müddət köhnə baba evinin sönmüş buxarının bətnində uyuyan Vətəndaş Müharibəsi vaxtlarından qalmış süngü çıxır.
Bu nədir — Sülh nəğməsi yoxsa müharibə himni? Yöndəmsiz şarabənzər bədəni elə tunc almalarla doldurulmuş həyəcanlandırıcı tunc ördək nəyi simvolizə edir? Bayram süfrəsinin ləzzətli yeməyi qəflətən sənət əsərinə çevrilir. Tən kəsilmiş ətin içərisindən quşun skeleti üzə çıxır — bu, ya məzəli bədii kalambur, ya da insan hərisliyi və gözüdoymazlığına bir rişğənddir. İndi də sizə elə gəlməyə başlayır ki, ağlınıza gələn sual və şübhələr, öz növbəsində yeni, sonsuz sayda sual və şübhələr doğurur.
Ola bilər ki, sənətşünaslıq doktoru Leyla Axundzadənin fikrincə, əsərləri özü ilə «…real və qeyri-reallığın, heyvani hisslər və zərif intellektuallığın, ilahi və şeytani başlanğıcların sintezini» ifadə edən müəllif elə məhz bunu arzulayırdı. Ola bilər ki, heykəltaraşın istəyi ilə mərmər, tunc və bizim şüurumuzun keçirdiyi metamorfozlar təsadüfi deyil, axı, məlum olduğu kimi…»…Mərmər daşının hər parçasında elə Praksitelin özünün daş yonan bıçaqına layiq başlar yerləşib. Tökülmüş heykəl artıq bu daşın içində olub» (Mark Tuli Siseron).
Мahmud Rüstəmov 1967-ci ildə Bakıda doğulub. O, Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Akademiyasının Heykəltaraşlıq fakültəsinin (1986), Dövlət İncəsənət Universitetinin (1992) və Ömər Eldarovun rəhbərliyi altında Rəssamlıq Akademiyasının nəzdində Yaradıcı emalatxanaların (1998) məzunu olmuşdur.
2000-ci ildə Mahmud Rüstəmov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilən «İlin heykəltaraşı» mükafatına layiq görülmüşdür.
Mahmud Rüstəmov 2007, 2009 və 2011-ci illərdə Bakıda keçirilən ikinci Beynəlxalq Müasir İncəsənət Biyennalesinin və 2003-cü ildə Moskvada «Mart» sərgisinin iştirakçısı olmuşdur. Onun yaradıcı bioqorafiyasında bir neçə fərdi və böyük qardaşı Teymur Rüstəmovla birgə təşkil etdiyi sərgiləri vardır. O, öz vətəni və bütün dünyada aktiv şəkildə nümayiş etdirilir.
Onun YARAT qeyri-hökümət təşkilatı ilə əməkdaşlığı «012 Bakı İctimai Sənət Festivalı» və «Kommunist» layihələrində (sonuncu 18 Azərbaycan rəssamının qloballaşan dünyanın reallıqlarını dərk etməyə yönəlmiş kollektiv cəhd idi) iştirakı əhatə edir.
Mahmud Rüstəmov həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltaraşlıq nümunələrinin müəllifidir.
Sərginin açılışı 16 Noyabr saat 19:00 olacaq
Ünvan: İçəri Şəhər, Kiçik Qala döngəsi 6 (Əliağa Vahid heykəlinə yaxın)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 171