Muəllif:

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

2003-cü ildən itkin düşən MTN zabiti Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb və bazar ertəsi ilk iclasını keçirilib. İclasa hüquq müdafiəçiləri, media və QHT təmsilçiləri və M.Abdullayevin yaxınları qatılıblar. Toplantıda komitənin yaranma zərurəti, məqsədi haqda danışılıb. M.Abdullayevin yaxın qohumu Azad Mursaliyev komitənin sədri seçilib.
Turan-ın öəbərinə istinadən, Komitənin yaradılmasında məqsəd 10 ilə yaxındır taleyi haqda heç bir bilgi olmayan M.Abdullayevin durumuna aydınlıq gətirməkdir. İnsan oğurluğunun insanlıq adına utanc olması ilə yanaşı ən ağır cinayətlərdən biri olduğu xatırladılıb. Komitə M.Abdullayevin tapılaraq ailəsinə təhvil verilməsini, bu cinayəti törədənlərin qanun qarşısında cavab verməsini istəyirlər. Komitə sədri bu günlərdə mətbuat konfransı keçiriləcəyini bildirib.
2 övlad atası M.Abdullayev 2003-cü il oktyabrın 13-də gözlənilməz şəkildə oğurlanır. 10 il keçməsinə baxmayaraq, M.Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib. Ötən 10 il ərzində bu hadisə ilə bağlı dövlət orqanlarına edilən müraciətlər nəticəsiz qalıb. M.Abdullayevin oğurlanması faktı ilə bağlı CM-nin uyğun maddəsilə cinayət işi qaldırılıb. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə Müstəqil İstintaq Komissiyası yaradılıb. Amma indiyə kimi M.Abdullayevin tapılması, cinayətkarların cəzalandırılması ilə bağlı hər hansı nəticə yoxdur. Bu işdə müəyyən fakt və şəxslərin adlarının keçməsinə baxmayaraq, MTN zabitinin oğurlanması faktı inidyə kimi hüquqi qiymətini almayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137