Muəllif:

Magistral kəmərdə yanğın söndürüldü

Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində baş vermiş partlayışdan doğan yanğın söndürüldü. Bu hadisə əhalinin qazla təchizatında problem yaratmayıb. Bu barədə dünən «Trend»ə «Azəriqaz» İB-dən xəbər verilib. İstehlakçıların qazla təmin olunması üçün qaz köməkçi xətt vasitəsilə verilməyə başlayıb.
Hadisə cümə günü səhər 07:20 radələrində diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, köhnə qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra güclü yanğın başlayıb. Dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib.
Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın baş verən ərazi dağlıq sahə olduğundan, yolları qar-buz bağladığından yanğınsöndürən maşınların hadisə yerinə çatmasında çətinliklər yaranıb. Bununla belə, yanğını söndürmək mümkün olub. Kəmərdə təmir-bərpa işlərinə başlanıldığı xəbər verilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126