Muəllif:

Madeleyne Montana «Rabitə»dən pul şikayəti edib

“Rabitə” klubunun sabiq üzvü Madeleyne Montana Beynəlxalq Voleybol Federasiyasına (FİVB) şikayət edib. Kolumbiyalı hücumçu Bakı təmsilçisinin ona olan son ödənişini gecikdirməsindən narazı qalıb. 30 yaşlı legionerin əmək haqqı iyulun 31-dək köçürülməli olsa da, voleybolçu bunun gerçəkləşdiyindən xəbərsiz olub.

Belə ki, “Rabitə” hazırda “Qalatasaray”a transfer olunan cənubi amerikalının pulunu ayın 17-də köçürüb. Amma Montano bunu dəqiqləşdirmədən FİVB-ə müraciət edib. Məsələ ilə bağlı apasport.az saytına açıqlama verən klubun idman direktoru İlqar İmamquliyev rəsmi ödəniş sənədinin artıq Montanaya göndərildiyini və özünün araşdırmalı olduğunu deyib:

“Rabitə” voleybol klubu iyulun 31-də Montanodan telefonla sms aldı ki, son ödənişi olmayıb və bunun üçün FİVB-ə şikayət edib. Açığı, bu, bizi çox təəccübləndirdi. Çünki Montonanın son ödənişi iyulun 17-də köçürülmüşdü. Biz bunu voleybolçuya bildirdikdə, hesabına pulun “oturmamasını” dedi. O, mesajı dünən axşam yolladığı üçün bu gün səhər həmin məsələni bir daha araşdırdıq. Məlum oldu ki, bank ödənişi iyulun 17-də edilib. Bu sənədi də rəsmi şəkildə voleybolçunun özünə yolladıq. Ödəniş kağızı rəsmi şəkildə isbatlayır ki, “Rabitə” oyunçu qarşısında öhdəliyini yerinə yetirib. Bunu isə nəsə təkzib edə bilməz. Çünki bu rəsmi sənəddir və bank tərəfindən verilib” – deyə, İmanquliyev bildirib.

Qeyd edək ki, Montano “Rabitə”nin heyətində Azərbaycan çempionu, Çempionlar Liqasının finalçısı və bombardiri olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 356