Muəllif:

Macarıstan səfirimiz akademiyada mühazirə oxuyub

Macarıstan səfirimiz Vilayət Quliyev ölkənin populyar təlim mərkəzlərindən sayılan Lakiteleki Xalq Akademiyasında “Yeni Azərbaycan dünyanın diqqət mərkəzində” mövzusunda mühazirə ilə çıxış etmişdir, deyə səfirlikdən AYNAya daxil olan xəbərdə bildirilir. Akademiyanın qurucusu və fəxri prezidenti, Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lejak səfiri auditoriyaya təqdim edərkən azərbaycanlılarla macarların eyni soy-kökə malik xalq olduqlarını, birgə türk-Turan dəyərlərini paylaşdıqlarını, macar cəmiyyətində ölkəmizə həmişə böyük maraq olduğunu diqqətə çatdırmışdır.

Səfir Vilayət Quliyev mühazirəsində Azərbaycanın müstəqillik dövründə keçdiyi mürəkkəb və şərəfli yoldan, yeni şəraitdə dövlətçilik institutlarının qurulması və möhkəmləndirilməsində Heydər Əliyevin böyük rol və xidmətlərindən bəhs etmişdir. Ölkənin geosiyasi mövqeyinə, dörddə bir əsrə yaxın davam edən erməni işğalının ağır nəticələrinə xüsusi diqqət yetirilmişdir. Natiq son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, ölkənin Avropa strukturlarına inteqrasiyası məsələsi üzərində də ətraflı dayanmış, ölkəmizin enerji siyasətinin bir sıra mühüm məqamlarına toxunmuşdur. Azərbaycan-Macarıstan əlaqələrinin hazırkı səviyyəsi və inkişaf perspektivləri də toxunulan məsələlər arasında olmuşdur. Sonda səfir Vilayət Quliyev dinləyicilərin çoxsaylı suallarına cavab vermişdir. Səfirlik adından Akademiyanın kitabxanasına Azərbaycan haqqında çoxsaylı kitab, albom, buklet və audio-video disklər təqdim edilmişdir.
Macarıstan XİN Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru, səfir Erne Keşkeni, qafqazşünas mütəxəssislər tədbirdə iştirak etmişlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168