Muəllif:

Maaşlar artdı, bundan kim daha çox fayda görəcək?

Sentyabrın 1-dən maaşlar, pensiyalar, mavinətlər, tələbə təqaüdləri artırıldı. Bu artıma qane olan da, “azdır” deyənlər də oldu… Əhalinin azmaaşlı, aztəminatlı təbəqəsinin bu yöndə olan gözlənti və istəklərini təbii hesab etməklə yanaşı, həm də əlavə etmək istərdik ki, bu, sadəcə növbəti maaş, pensiya, müavinət artımıdır. İstənilən halda müsbət dəyərləndirilməlidir. Eyni zamanda maaş, pensiya, müavinət artımı — bu məsələnin yalnız bir tərəfidir…. Məsələnin digər, həm də çox ciddi tərəfinin məğzi budur ki, vətəndaş artan maaşa əlavə mal almaq imkanında olurmu?.. Hər kəs öz təcrübəsindən yaxşı bilir ki, maaşlar artan kimi, işbazlar qiymətləri də artırırlar… Nəticədə əhalinin güzəranın yaxşılaşdırılmasına yönəldilən yüz milyonlarla manatla ölçülən büdcə vəsaiti, vətəndaşın əlavə ərzaq, dava-dərman ala bilməsinə yox, süni qiymət artımı vasitəsilə bir qrup işbazın cibinə axır…. və bu mühüm tədbirdən nominal olaraq maaşı artan vətəndaşdan daha çox işbaz bəhrələnir.
İqtisadçı millət Əli Məsimli deyir ki, ölkədə qiymət artımının hər faizinin təqribən 0,2 faizi- iqtisadiyytada gedən proseslər, 0,2 faizi- xaricdən gətirilən malların üstündə gələn inflyasiya, qalan 0,6 faizi isə sünü qiymət artımıdır.
Millət vəkili deyir:
“Həmin əməliyyatda əldə olunan zəhmətsiz gəlirin məbləğin nə qədər böyük olduğunu təsəvvür etməkdən ötrü, təkcə onu qeyd etmək kifayətdir ki, bizim ölkədə süni qiymət artımının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə ildə 176 milyon manat və ya 224 milyon dollar ziyan vurur. Başqa sözlə desək, həmin işbazların ölkədə əlavə olaraq 1 manatlıq məhsul istehsal etmədən, xaricdən əlavə olaraq 1 manatlıq belə əlavə məhsul gətirmədən, qiyməti süni surətdə 3-4 faiz artırmaqla hər il xalqdan öğurladığı məbləq- Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir, Şirvan və sair respublika tabeli şəhərlərin təsərrüfat fəaliyyəntindən bir ildə əldə olunan gəlirdən çox olur. Əslində bu əhalinin geniş təbəqələrinə, xüsusən də aztəminatlı təbəqəyə, büdcə təşkilatlarında çalışanlara, pensiyaçıya, əlilə, tələbəyə qarşı mütəşşəkkil cinayətkarlığın bir növüdür, insan haqqlarının pozulmasının ən ağır formasıdır və həm də əlilin artan 10-20 manatına tamah salmaq- mənəviyyatsızlığın kulminasiyasıdır. Ona görə də artıq həqiqət anıdir….”
Təbii ki, bu kimi ədalətsizliyə son qoyulmalıdır. Millət vəkili qeyd edib ki, biz Milli Məclisdə bu ciddi məsələni dönə-dönə qaldırmaqla yanaşı, həm də işbazların bu hərəkətlərini qanunla sadəcə cərimələr tətbiq etməklə yox, həm də cinayət kimi təsbit olunmasını istəmişik.
“Təsirli tədbirlər görülməklə həyata keçirilməlidir ki, bu ildən etibarən bir daha maaşların, pensiyaların, müavinətlərin artan hissəsinə yönəldilən, yəni xalqa çatmalı 100 milyonlarla manatla ölçülən həmin pullar, nəfsinin quluna çevrilmiş acgöz işbazlara qismət olmasın!!!
Büdcə təşkilatında çalışan müəllim, həkim, alim, mədəniyyət işçisi və digərləri kateqoriyadan olanlar — artan maasına, pensiyaçı — artan pensiyasına, əlil, o cümlədən müharibə əlili, şəhid ailəsi, Milli Qəhrəman — artan müavinət və təqaüdünə, tələbə — artan stipendiyasına öz tələbatına uyğun əlavə nəsə almaq hüququnu gerçəkləşdirə bilsin”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 373