Muəllif:

Luqanskda azərbaycanlı iş adamını və arvadını öldürən onun doğma qardaşı imiş…

Ukraynanın Luqansk şəhərində evinə silahlı basqın nəticəsində öldürülən azərbaycanlı iş adamı Vidadi Məmmədov və həyat yoldaşı Yavər Məmmədovanın qətli ilə bağlı şübhəli qismində saxlanılan var. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə sədr müavini Akif Hümbətov APA-ya bildirib ki, saxlanılan şəxs Vidadi Məmmədovun qardaşı Telman Məmmədovdur.

 Hümbətov deyib ki, Ukraynanın böyük həbsxanalarından birinin rəisi olmuş və bu yaxında ehtiyata buraxılan polkovnik rütbəli Telman Məmmədov hadisəni qardaşı ilə aralarında iri məbləğdə pul mübahisəsinə görə törədib. O qeyd edib ki, artıq  Məmmədov milisə əməlini etiraf edib: «Telman Məmmədov milisə izahatında bildirib ki, həmin gün qardaşının övladının məktəbə getməsindən, evdə ər-arvadın tək olmasından xəbər tutan kimi onlara gedib və tapançadan qardaşı Vidadiyə 5 güllə, onun arvadı Yavərə isə 4 güllə vurub. Lakin bununla kifayətlənməyərək qardaşı arvadının başını da kəsib».

 Hümbətovun sözlərinə görə, milis hadisənin motivinin sadəcə pul mübahisəsi olduğunu düşünmür və bu barədə araşdırma başa çatdıqdan sonra məlumat veriləcək. Bundan başqa, Telman Məmmədovun yerli prokurorluq orqanlarında çalışan keçmiş dostlarından birinin ona kömək etməsi və hadisəni törədəcəyi təqdirdə onu həbs olunmaqdan xilas edəcəyi barədə vəd verməsi haqda da məlumat var və bu, araşdırma başa çatdıqdan sonra açıqlanacaq:

“Hətta onların meyitlərinin Azərbaycana göndərilməsi üçün sənədlər toplayarkən yerli prokurorluq orqanları bizə maneələr yaratdılar. Sonradan bizə dedilər ki, bunlar məhz qətli törədən şəxs və ya şəxslərə dəstək verən adamlardır».

 Öldürülən azərbaycanlı iş adamının və həyat yoldaşının meyitləri artıq Rusiya ərazisi vasitəsilə Azərbaycana göndərilib. Onlar doğulduqları Zərdab rayonunda dəfn olunacaqlar.

 Artıq xəbər verildiyi kimi, dekabrın 24-də yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova ilə birlikdə güllələnərək vəhşicəsinə qətlə yetirilib. Vidadi Məmmədov Ukrayna vətəndaşıdır və restoran biznesi ilə məşğul olub.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197