Litvada separatçılarla «dostluq qrupu» qalmaqalı böyüyür
Litva Seymində Dağlıq Qarabağ separatçıları ilə «dostluq qrupu» yaradılması əhvalatının ətrafında siyasi qalmaqal böyüməkdədir. Orada deyəsən bütün dünyada bu tip separatizmin terrorizmlə bərabər tutulduğunun fərqinə təzəlikcə varmağa başlamışlar. Erməni şabaşı ilə erməni zurnasına oynamaq, terrorizmin və savaş canilərinin yanında yer almaq hələ heç bir siyasətçiyə baş uşalığı gətirməib və gətirə də bilməz. Dünya artıq dəyişib.
Xəbərlərə istinadən, Litva Seymində ikinci ən böyük partiya olan Vətən İttifaqı — Xristian Demokratlar Partiyası martın 19-da fraksiyanın iclasını keçirib. Azərbaycanın Litva səfirliyindən APA-ya verilən bilgiyə görə, fraksiyanın mətbuat üçün relizində bildirilib ki, iclas zamanı Litva parlamentində qondarma “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması kimi əcaib hərəkət yekdilliklə pislənib, qrupun üzvü olan iki xristian-demokrat deputatın imzalarını geri almaları tələb olunub.
Artıq bu gün bir nəfər sözügedən dostluq qrupundan ayrıldığını elan edib.
Erməni vədləri və müftə pulları şirin və lazımlı ola bilər, lakin hər bir deputatın sifətini qoruması və siyasi karyerasını düşünməsi daha vacib olmalıdır bizcə.