Muəllif:

Litva bazarı Avropaya yolumuzu aça bilər

Azərbaycan bazarı Litva şirkətləri üçün çox cəlbedicidir. Bu barədə bu gün Litva Baş naziri Alqirdas Butkyaviçyus Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. «Litva şirkətləri toxuculuq və qida sənayesi, informasiya texnologiyaları sahəsində uğurla çalışırlar və onlara Azərbaycan bazarı maraqlıdır. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın uğurlu işi sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, səhiyyə və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı əsas yaradıb» , — deyə Butkyaviçyus qeyd edib.
Onun sözlərinə görə, şirkətlər arasında qarşılıqlı böyük maraq və münasibətlərin inkişafı üçün yaxşı perspektivlər var. Bunun təsdiqi ötən il qarşılıqlı ticarət dövriyyəsinin 34 faiz artaraq 49 milyon dollaradək çatmasıdir. Litvadan Azərbaycana ixrac bu dövrdə 52 faiz artıb və 45 milyon dollara çatıb.
«Bundan başqa, Litva bazarı Azərbaycan biznesinin 500 milyonluq istehlakçısı olan böyük Avropa bazarına yolunu aça bilər», — deyə Baş nazir bildirib.
İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, belə biznes forum iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafında vacib rol oynayır. Bugünki biznes forumda müxtəlif sahələri təmsil edən 100-dən artıq şirkət iştirak edir.
Nazirin qənaətincə, sənaye istehsalı, kənd təsərrüfatı, turizm və digər sahələr qarşılıqlı maraq doğurur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150