Muəllif:

Liberman: “ Azərbaycan və Qazaxıstanla əlaqələr daha da inkişaf edəcək”

“İsrail-Azərbaycan əlaqələri daha da inkişaf edəcək”- bunu İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman “Vestnik Kafkaza” saytına müsahibəsində deyib. O, fəaliyyət göstərdiyi müddətdə özünün ən əsas nailiyyətinin İsrailin Azərbaycan və Qazaxıstanla münasibətlərinin möhkəmləndirilməsi olduğunu söyləyib. A. Liberman bildirib ki, bu münasibətlər ümumilikdə yəhudi dövlətinin müsəlman ölkələri ilə əlaqələrinin inkişafına şərait yaradıb.
Liberman ümid edir ki, seçkilərdən sonra yenidən əvvəlki postuna qayıdacaq: “Lakin əgər bu baş verməzsə, bütün hallarda İsrailin Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələri eyni istiqamətdə davam edəcək və bu ölkələrlə əməkdaşlıq genişlənəcək. Eyni zamanda ən böyük diqqət həmişə olduğu kimi, Azərbaycan və Qazaxıstanla münasibətlərin daha da inkişaf etdirilməsinə yönələcək”. Onun sözlərinə görə, bu ölkələrlə silah satışı, yeni texnologiyalar, elmi və mədəni mübadilə sahələrində uzunmüddətli müqavilələr mövcuddur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186