Muəllif:

Ləzgi təşkilatının liderlərinin qohumları saxlanılıb

Hüquq-mühafizə orqanları Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin (FLMMM) liderləri Arif Kərimovun və muxtariyyətin icraiyyə komitəsinin sədri Amil Sərkarovun qohumlarını saxlayıb. Bu barədə FLMMM Şurasının bəyanatında bildirilir. Ümumilikdə 3 nəfər saxlanılıb, onlardan ikisi RF vətəndaşıdır. Saxlanılanlardan biri — Azərbaycan vətəndaşı Eldar Məmmədov Arif Kərimovun qaynıdır.
Bəyanatda iddia olunub ki, Məmmədov Oğuzda Azərbaycan DİN Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “oğurlanıb” və Bakıya gətirilib. Rusiya vətəndaşı Cavid Babayev Arif Kərimovun qohumu, Tariel Sərkarov isə Amil Sərkarovun doğma qardaşıdır. Cavid Babayev avqustun 6-da qohumlarına baş çəkmək üçün gəldiyi Bakıda saxlanılıb.
Sərkarov avqustun 9-da atasının qəbrini ziyarət etmək üçün anası ilə birlikdə gəldiyi Qəbələ rayonunun Qəmərvan kəndində saxlanılıb.
Maraqlıdır ki, bu həbslər Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində baş verib, deyə FLMMM-nin bəyanatında vurğulanır.
Nə RF səfirliyi, nə Azərbaycan DİN hələlik sözügedən şəsxlərin saxlanılması ilə bağlı şərh vermir.
Qeyd edək ki, son vaxtlar FLMMM Dərbənddə Heydər Əliyevin abidəsinin quraşdırılmasına etiraz edib və Azərbaycanda ləzgilərin hüquqlarının pozulması haqqında bəyanatlarla çıxış edib.

Öz növbəsində RF səfirliyi Azərbaycan hüquq-mühafizə orqanlarının RF vətəndaşı Cavid Babayevi həbs etməsi haqqında məlumatı təsdiq edib. Səfirlik nümayəndəsinin Turan-a verdiyi məlumata görə, “avqustun 6-da RF vətəndaşı Cavid Babayev Bakıda həbs edilib, bununla əlaqədar olaraq səfirlik iki ölkə arasında Konsulluq Konvensiyasında nəzərdə tutulmuş tədbirləri görüb”.
Avqustun 12-də səfirliyin yardımı ilə Babayevin tutduğu vəkil onun yanına buraxılıb, o, müvəkkilinin maraqlarının müdafiəsi üzrə zəruri hərəkətlərə başlayıb.
Rusiya səfirliyi hesab edir ki, Babayevlə bağlı vəziyyət prosessual-hüquqi müstəvidə genişləndiriləcək. Səfirlik Rusiya vətəndaşının hüquqlarının təmin edilməsi üçün Azərbaycanın səlahiyyətli orqanları və Babayevin vəkili ilə sıx əlaqə saxlayır.
Bir qədər əvvəl Rusiya Federla Ləzgi Milli-Mədəni Muxtariyyəti (FLMMM) Azərbaycanda bu təşkilatın rəhbərlərinin qohumları olan iki RF vətəndaşının – Cavid Babayev və Tariel Sarkarovun saxlanıldığını bəyan edib. Sarkarovla bağlı səfirlik hələlik şərh verməyib.
İki RF vətəndaşı ilə yanaşı, FLMMM-nin rəhbəri Arif Kərimovun qohumu olan Azərbaycan vətəndaşı Eldar Məmmədov da həbs edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 324