Muəllif:

Leyla Yunus Şərəf Legionu Kavaleri oldu

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olundu. Bu barədə Turan agentliyinə Fransanın Bakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Bu yüksək mükafat Yunusa mayın 22-də axşam səfirliyin binasında təqdim ediləcək, Mükafatı xüsusi məsələlər üzrə səfir Fransua Zimere təqdim edəcək.
Yunus özü Turan-a bildirib ki, bu mükafata insan hüquqlarının mübarizəsi işində xidmətlərinə görə layiq görülüb. Bu mükafata onu kimi irəli sürməsinə gəlincə, Yunus deyib ki, namizədliyi Azərbaycanda fəaliyyət göstərmiş Fransa diplomatları tərəfindən irəli sürülüb. Mükafatlandırma haqıqnda qərara gəlincə, bu qərar artıq bu mükafata layiq görülmüş Legionerlər tərəfindən çıxarılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136