Lənkəranda mal-qara oğruları qandallanıb
Lənkəran rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər ifşa olunub. Yerli polisdən yayılan məlumata görə, əməliyyat-axtarış tədbirləri sayəsində Şovu kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Nəcəf oğlu Babayevlə (1969) onun yeznəsi və həmkəndlisi Elçin Safəddin oğlu Babayev (1988) şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İlkin araşdırmalardan bəlli olub ki, saxlanılan şəxslər rayonun Siyobili kənd ərazisində yerləşən meşə zolağından ayrı-ayrı vaxtlarda kənd sakinlərinə məxsus 17 baş iri buynuzlu mal-qaranı oğurlayaraq, qonşu Masallı rayonunda satıblar. Nəticədə əhaliyə ümumilikdə 15.000 manat dəyərində maddi ziyan vurulub.
İstintaqa ifadəsində Rasim Babayev törətdiyi əməli etiraf etsə də, bundan peşman olmadığını bildirib. Faktla bağlı cinayət işi açılıb.