Muəllif: Redaksiya
Lənkəran Universitetinin prorektorunu tutub aparıblar
Heç bir elmi potensialı olmayan, fəqət prestijli «universitet» adı daşıyan bir məhəllə məktəbində bu kimi hallar heç kəsə təəccüblü gəlməz. Bəli, Lənkəran Dövlət Universiteti prorektorunun həbs olunduğu xəbəri Baş Prokurorluq tərəfindən təsdiqləndi. Bu qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata bildirib ki, ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində sözügedən universitetinin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Kazım oğlu Ağayev şübhəli şəxs qismində tutulub.Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işinin başlandığı, istintaq getdiyi, məsələnin təfsilatı haqda ictimaiyyətə əlavə informasiya veriləcəyi bildirilir.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 327

