Muəllif:

Legionerlərin çoxu gənclərə örnək ola bilmirlər

Bəlli olur ki, bu qədər pul sərf olunub gətirilən legionerlərin əksəriyyəti gənc futbolçulara örnək ola bilmirlər. Bu barədə AFFA vitse-prezidenti Rauf Əliyev bildirib. Deyir:
«Legionerləri çağırırlar ki, çempionat daha da maraqlı olsun, klublar güclənsin və gənc nəsil bu legionerə baxaraq ibrət alsın. Amma təəssüflər olsun ki, Azərbaycana gələn legionerlər yaxşı oyun göstərməklə bərabər hakimlərin hər bir qərarını mübahisə edir, etiraz etməyə başlayırlar. Guya ki, bunlar onqat dünya çempionlarıdır».
O vurğulayıb ki, əsas məsələ ondan ibarətdir ki, legionerlər gənc futbolçulara nümunə olsunlar: «Təəssüf ki, klublarımızın gətirdiyi legionerlərin əksəriyyəti nümunə ola bilmirlər. Bu səbəbdən legioner oyunçuların sayı azaldılır ki, gənc futbolçularımız irəli getsin».
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin bu günlərdə keçirilən iclasında ölkə çempionatında çıxış edən legionerlərin sayı ilə bağlı yeni qərar qəbul olunub. Belə ki, Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunacaq və 5 yerli futbolçudan ikisinin yaşı 21-dək olmalıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115