“Le Monde”: Türkiyədəki son hadisələr — “hökmdarlığın son havası”
Fransa qəzeti “türk modeli”nin iflasa uğradığını iddia edir. “Le Monde” qəzeti Türkiyədəki son hadisələrə “hökmdarlığın son havası”nın hakim olması mövqeyini ifadə edib. Hakim AKP ilə Fətullah Gülənin rəhbəri olduğu “Xidmət Hərəkatı”nın ittiffaqı tərəfindən yaradılan “türk modeli”nin artıq yolun sonuna gəldiyi iddia edilir. Mənbə artıq Ankara ilə Vaşinqton arasında münasibətlərin pozulmasına diqqəti çəkir.
Qəzet indiyə qədər Türkiyədəki idarəetmə modelini ərəb dünyasının xəyalı olduğunu və uzun zaman Qərbin rahatlığına səbəb olmasını bildirir. “Bu, nə diktaturadır, nə İran diktatorluğu, nə də islamçı zəhər yayan Səudiyyə modeli idi, “Türk modeli” demokratiya ilə kapitalizmin ittifaqı idi”, — son hadisələrdən narahatlıq ifadə edilir. Qəzetə görə, artıq müsəlman-ərəb dünyasında modernlik yolunu təmsil edən qüvvə yoxdur.
Mənbəyə görə, “türk modeli”nin varlığının daha bir ayağı ABŞ-Türkiyə münasibətləri idi. Uzun zaman mükəmməl olan əlaqələrin qısa bir zaman içərisində pisləşdiyi nəzərə çatdırılır.
“Xüsusilə, Misirdə “Müsəlman qardaşları”nı və Suriya üsyanının ən radikalları olan islamçı fraksiyalarını müdafiə edən baş nazir Ərdoğan Suriya və Misir mövzusunda ABŞ-dan uzaqlaşdı” mövqeyini ifadə edir (Turan).