Muəllif: Redaksiya
Latviya şirkətinin Bakı nümayəndəliyinin rəhbərinə qarşı 374 min dollarlıq dələduzluq edilib
Bakıda şirkət rəhbərinə qarşı külli miqdarda dələduzluq edilib. Bakı şəhər sakini Fizzəxanım Hacıbaba qızı Qəribova polisə ərizə ilə müraciət edərək bildirib ki, oğlu, 1976-cı il doğumlu Bəyali Mürsəl oğlu Mürsəlov tanışı, 1961-ci il doğumlu Rəşad Fikrət oğlu Əfəndiyevə bu ilin yanvarında Moskva şəhərində 12 hektar torpaq sahəsi almaq məqsədi ilə ümumilikdə 374 min ABŞ dolları verib. Lakin R. Əfəndiyev pulu alsa da, vədinə əməl etməyib və B. Mürsəlovdan aldığı pulu mənimsəyib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Mürsəlov Latviya Respublikasının Riqa şəhərində yerləşən “TKB” Lizinq şirkətinin Bakı nümayəndəliyinin rəhbəridir.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 157