Kütləvi davada öldürülmüş şəxsin qatili həbs olundu
Bakı şəhər sakini Vüqar Orucovu bıçaqla öldürmüş, qardaşı Bəxtiyara isə xəsarət yetirmiş şəxslərdən biri tutulub, digəri isə müəyyən edilib.
DİN saytına istinadən, Nərimanov rayon polisi və rayon prokurorluğu əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Vüqar Orucovu bıçaqla öldürmüş, qardaşı Bəxtiyara isə xəsarət yetirmiş Emin Səfərov tutulub, Münasib Xəlilov isə müəyyən edilib.
Bakıda yanvarın 28-də gecə 22:00-23:00 radələrində Nərimanov rayonu ərazisində «Günəş» saunasının yaxınlığında bir qrup şəxs arasında düşən davada iki qardaş — 38 yaşlı VüqarOrucov və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanmışdı. Vüqar Orucov aldığı xəsarətdən hadisə yerindəcə keçinmiş, qardaşı Bəxtiyar Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Faktla bağlı cinayət işi açılıb.