Muəllif: Redaksiya
Külünglə adam öldürən qatil yaxalandı
Beş gün öncə Bakıda külünglə bir nəfəri öldürən, digərini yaralayan şəxs tutulub. Bu çox gənc — 21 yaşlı qatil, Şirvani Səid oğlu Əhmədov istintaqa təhvil verilib.
Mingəçevir sakini, Şirvani Əhmədov şəxsi münasibətlər zəminində Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini Samir Babayevə də külünglə xəsarət yetirib. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisələr araşdırılır.
Bölüm: Kriminal
Oxunma sayı: 210