Muəllif: Redaksiya
Külüng — qorxunc ölüm silahına çevrilib
Balta və bıçaqla yanaşı, külüng də soyuq silah kateqoriyasında qorxunc ölüm silahına çevrilib. Belə ki, Bakı şəhərində 21 yaşlı oğlan külünglə bir nəfəri öldürüb, digərinə isə xəsarət yetirib. Xətai Prokurorluğuna istinadən, hadisə rayonun M. Rüstəmov küçəsində, 4/6 saylı binanın qarşısında baş verib.
Mingəçevir şəhər sakini, 21 yaşlı Şirvani Səid oğlu Əhmədov da şəxsi münasibətlər zəminində Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 33 yaşlı Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Polis hadisəni törədən Əhmədovu axtarır.
Bölüm: Kriminal
Oxunma sayı: 180