Muəllif:

KTMT İrəvana çox böyük proqramla gəlib

KTMT katibliyinin heyəti İrəvana hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, Ermənistan ərazisində texnika və silahların təmiri üzrə bir sıra tədbirlərdən ibarət çox böyük proqramla gəlib, deyə Turan agentliyi Аrmİnfo-ya istinadən xəbər yayıb . Bu barədə yanvarın 29-da İrəvanda mətbuat konfransında KTMT baş katibi Nikolay Bordyuja bildirib.
“Bütün bu addımlar KTMT dövlətləri arasında kollektiv təhlükəsizlik sahəsində daha çox fəallaşmaya, Ermənistanın milli təhlükəsizliyin təmin edilməsi üzrə birgə fəaliyyətə fəal şəkildə cəlb edilməsinə yönəlib. Yerevan KTMT çərçivəsində fəaliyyətə çox ciddi diqqət yetirir. Məmnuniyyətlə bir daha qeyd edirəm ki, Ermənistan Təşkilatın bir sıra birgə poqramlar üzrə maraqlı təkliflərlə çıxış edən ən fəal üzvlərindən biridir. Biz Emənistanın təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi istiqamətində əməkdaşlığa hazırıq ki, respublikanın güc qurumları təhlükəsizliyi səmərəli şəkildə təmin edə bilsin”, deyə o qeyd edib.
Bordyuja bildirib ki, İrəvanda tədbirlər zamanı Ermənistan ərazisində zirehli tank və mühəndislik texnikasına, RƏM vasitələrinə və “Mi” markalı vertolyotlara, Rusiya istehsalı olan avtomobil texnikasına texniki xidmət və onların təmiri üzrə sertifikatlaşdırılmış servis mərkəzlərinin yaradılması məsələsi və “KAMAZ” şassisi əsasında yığma avtomobil istehsalının təşkili imkanları müzakirə olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128