Muəllif:

Kristina Yovunun əvəzində Bakı Moldovaya 1 idman kompleksi təklif edib

Moldova və Azərbaycan London olimpiya medalçısı Kristina Yovu ilə bağlı qalmaqalı orijinal şəkildə həll edib. Azərbaycanın pulla cəlb etdiyi idmançılarının əvəzində moldovalılar ən müasir avadanlıqlarla təchiz edilmiş 1 idman kompleksi alacaqlar.
Gənc ağır otlet yeni ilin əvvəllərində Azərbaycan yığmasına gəlib və indiyədək oradan ayrılmayıb. KİV-in əldə etdiyi məlumata görə, Bakıda idmançıya cazib təklif edilib – milyon avro. Və o, guya vətəndaşlığını və deməli, gələcəkdə təmsil edəcəyi ölkəni dəyişməyə razılaşıb (Turan).
İdmançının məşqçi Sergey Kretsu da bunu təsdiq edib: Kristina buna görə Azərbaycana gedib, vəziyyəti yerində qiymətləndirmək üçün, — deyə məşqçi qeyd edib. – Başa düşürsünüz, Azərbaycanda neft, 30 olimpiya obyekti var, Moldovada isə bir obyekt belə yoxdur. Və idmançı üçün maliyyə şəraiti də xeyli cəzbedicidir”.
Moldovanın Ağır Atletika Federasiyası da bədbinliyi gizlətməyib. “Bununla bağlı Kristina ilə neçə dəfə danışmışam, amma görünür, onu razı salmaq mümkün olmayacaq, — deyə Federasiya prezidenti Tudor Kasapu şikayət edib. – Bilirsiniz, bizdə… təqaüd 10 min leyə (təxminən 629 avro – red. qeydi) bərabərdir. Azərbaycanda onun ölçüsü 10 min avro təşkil edir! «İdmançı ömrü» azdır və Kristinanı başa düşmək olar. Təəssüf ki, Moldovadan medallar gedir…”.
Moldova Milli Komitəsi bununla bağlı narazılığını bildirdikdən sonra işə sərhəd polisi qoşulub. Yerli KİV-in məlumatına görə, idmançı bu qurumda qulluqdadır, praporşik rütbəsi var və aylıq təqaüd alır.
İndi o, “fərarilikdə” şübhəli bilinir və MOK ittihamları səsləndirməyə tələsib. Bilmək istəyirik: Yovu fərarilik edib, yoxsa müvəqqəti gedib, qanuna riayət olunurmu?! – deyə Komitə prezidenti Nikolae Juravski qeyd edib. O, hərbçidir. Onun başqa ölkədə qalmaq hüququ yoxdur, xaricdə olmaq haqqında qanunu pozur”. Sonda o, idmançının yaxın gələcəkdə qayıtmayacağı təqdirdə axtarış elan edəcəyi və “işlə İnterpolun məşğul olacağı” ilə hədələyib, deyə InteNews.ru yazır.
Bu arada, Moldovanın Ağır Atletika Federasiyanda iddia edirlər ki, münaqişənin həlli yolu artıq tapılıb. Guya idmançının köçməsinin əvəzində Azərbaycan Moldovada “ən müasir avadanlıqlarla təchiz edilmiş” idman kompleksi tikəcək. “Məsələ məhz belə həll olunacaq”, deyə Moldovanın Ağır Atletika Federasiyasının katibi Sergey Donets bildirir.
Fevralın 21-də axşam saatlarında məlum olub ki, sərhəd polisinin Kristina Yovu ilə bağlı həyata keçirdiyi xidməti təhqiqata xitam verilib (digər məlumatlara görə dayandırılıb). Aydın olub ki, idmançı sonradan işdən istefa verməklə, fevralın sonlarına qədər öz hesabına məzuniyyətə çıxıb. Verilən bəyanata görə, o, martın 1-dən sərhəd polisindən çıxacaq. Moldova DİN bununla əlaqədar bildirib ki, onu məsuliyyətə cəlb etməyə hazırlaşmır.
Xatırladaq ki, Yovu 2012-ci il Olimpiyadasında 53 kiloqrama qədər çəki kateqoriyasında bürünc medal qazanıb. İki məşqli yarışın nəticələrinə görə onun qaldırdığı ümumi çəki 219 kiloqram təşkil edib. “Kommersant-MD” yazır ki, onun mükafatı Moldovanın qadın ağır atletikası tarixində ilk olimpiya medalı olub.
İdmançıya 80 min avro mükafat ödədilər, maşın hədiyyə etdilər, Moldova hökumətinin başçısı Vlad Filat isə ona Kişinyovda ikiotaqlı mənzilin açarlarını təqdim etdi. Olimpiya medalçısının o vaxta qədər anası və bacısı ilə birlikdə yataqxanada yaşadığını nəzərə alsaq, mənzil çox böyük hədiyyə olub.
Amma yenə də 21 yaşlı heybətli Yovunun Azərbaycan üçün çıxış etməsi əvəzində həddindən artıq böyük qonorar ödəmək və Moldovada Olimpiya Mərkəzi tikmək prezidenti oliqarx, AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərov olan Ağır Atletika Federasiyasının nəyinə lazım olduğu aydın deyil. Onun idman uğurlarının xidmət dəftərçəsi o qədər də yüksək deyil – Avropa çempionu və Olimpiyadanın bürünc medalçısı. Bu şıltaqlığın əvəzinin hansı vəsait hesabına ödəniləcəyi də naməlum olaraq qalır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159