Muəllif:

Korrupsiyaya qarşı mübarizə qanununa dəyişiklik edildi

Milli Məclisinin bu günkü iclasında eyni epizod üzrə CM və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb və
qəbul edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni dəyişikliyə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Mövcud maddədə isə ictimai işlər üçün 230 saat nəzərdə tutulmuşdu.

«Korrupsiyaya qarşı mübarizə haqqında» qanuna dəyişikliyə əsasən, cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Eyni zamanda cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147