Koray Targay: “ATƏT Bakı missiyası demokratik islahatlara dəstəyini davam etdirəcək”
ATƏT Bakı missiyası demokratik islahatlara dəstəyini davam etdirəcək. ATƏT Bakı ofisinin rəhbəri Koray Tarqay gələn il yanvarın 1-dən bu nümayəndəliyin statusunun dəyişdirilməsi ilə bağlı ATƏT Daimi Şurasının qərarını şərh edərkən belə deyib. “ATƏT-in Daimi Şurası iyulun 26-da ATƏT-in Azərbaycandakı təmsilçiliyinin statusu ilə bağlı konsensus əldə edib. Qərara əsasən, təmsilçilik 2014-cü ilin yanvarından “ATƏT-in Bakıdakı layihə koordinatoru” adlanacaq.
Bununla belə, ATƏT-in Bakı təmsilçiliyi təşkilatın hər üç ölçüsündə, yəni hərbi-siyasi, iqtisadiyyat və ətraf mühit, eləcə də insan ölçülərində fəaliyyətini davam etdirəcək. Qurum, hökumət orqanları və vətəndaş cəmiyyətini təşkilatları ilə əməkdaşlıq edərək, ölkədə demokratik islahatlara tövhəsini davam etdirəcək.
ATƏT-in Bakı Layihə koordinatorunun fəaliyyətinin detalları isə ATƏT-in Azərbaycan hökuməti arasında razılaşdırılacaq Anlaşma Memorandumunda əksini tapacaq.