Muəllif:

Konstitusiya Məhkəməsinin sədri itkin düşənlərin doğmaların qəbul etməyib

1991-94-cü illərdə Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşən 100-dən çox hərbçinin ailə üzvləri Konstitusiya Məhkəməsinin qarşısında piket keçirərək onlara düşən sığorta pulunu tələb ediblər.
Onlar Konstitusiya Məhkəməsinin hakimi Fərhad Abdullayevlə görüş tələb ediblər. Lakin onun əvəzinə etirazçıları dəftərxana nümayəndəsi Anar Cəfərli qəbul edib. O, vətəndaşların narahatlığının KM rəhbərliyinə çatdırılacağını vəd edib. Bu barədə Turan-a görüş iştirakçısı məlumat verib.
Eyni zamanda bildirilib ki, iyulun 30-da Ali Məhkəmədə bu iş üzrə sorğuya baxılmalı idi, lakin sentyabrın ortalarınadək təxirə salınıb.
Aksiya iştirakçılarının sözlərinə görə, 150-yə yaxın ailə sözügedən problemlə üzləşib. Onlardan 20 nəfəri məhkəmələr vasitəsilə sığorta kompensasiyasını ala bilib. Digər 20 nəfər Ali Məhkəməyədək çıxıb, lakin sonuncu sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət olunmasını qərara alıb ki, həlak olanlara və itkin düşənlərə sığorta kompensasiyalarının verilməsinin qanunauyğunluğunu müəyyən edilsin.
Bundan əvvəl itkin düşənlərin ailə üzvləri prezident İlham Əliyevə, Konstitusiya Məhkəməsinin rəhbərinə, parlamentin spikerinə, ombudsmana müracət ediblər. Lakin müraciətlər nəticəsiz qalıb.
Ümidləri üzülən vətəndaşlar ötən həftə Milli Şuradan prezidentliyə namizəd Rüstəm İbrahimbəyova nmüraciət ediblər. Milli Şura İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, R.İbrahimbəyov müraciətə cavab verib.
Cavabda deyilir: “Azərbaycan müharibədən çox ağır itkilərlə çıxıb. Çox təəssüf ki, bu, bizim insanlarımızın həyatında ağır izlərlə ötüşüb. Ötən illərdə isə hakimiyyət müharibədən ziyan çəkmiş insanların həm maddi, həm də mənəvi böhrandan çıxması üçün heç bir əsaslı iş görməyib. Mən təkcə prezidentliyə namizəd kimi deyil, həm də Azərbaycanda böyük dəyişikliklərin olacağına inanan, bunun üçün mübarizə aparan ziyalı vətəndaş kimi söz verirəm ki, ədalət hamı üçün eyni işləyəcək. Hər kəsin haqqı özünə qaytarılacaq. Azərbaycan bir dövlət kimi onu qoruyan övladları ilə fəxr edəcək və onların bütün problemlərinin mümkün həllinə nail olacaq. Biz indi firavan, demokratik və ədalətlə idarə olunan bir Azərbaycan üçün çalışırıq. Sizi də bu yolda fəal olmağa çağırıram. Sizin inamınıza arxalanaraq, birgə bütün ümumilli məqsədlərimizə çatacağımıza inanıram”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144