Muəllif: Redaksiya
Konqres Türkiyəyə pilotsuz təyyarə satışı müqaviləsini ləğv etdi
ABŞ Konqresi Türkiyəyə 10 ədəd “Predator” pilotsuz təyyarənin satılması barədə müqaviləni ləğv edib. Türk mediasına istinadən, “Predator” pilotsuz təyyarələri hələ 2012-ci ilin ortalarında Türkiyəyə çatdırılmalı olsa da, ABŞ indiyə qədər müxtəlif bəhanələrlə müqavilənin həyata keçirilməsinə mane olub. İsrail mətbuatı isə Konqresin müqaviləni ləğv etməsini Türkiyə və İran xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsi ilə əlaqələndirməyə çalışıb.
Bölüm: Dünya
Oxunma sayı: 206